Beyləqan, Xocavənd, Cəbrayıl və Füzuli rayon təhsil işçiləri ilə görüş

15:27 16-12-2019 619

04 dekab 2019-cu il tarixdə Beyləqan rayon Heydər Əliyev Mərkəzində Beyləqan, Xocavənd, Cəbrayıl və Füzuli rayon təhsil şöbələrinin fəaliyyətinə dair hesabat tədbiri keçirilib. 

Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Beyləqan, Xocavənd, Cəbrayıl və Füzuli rayon təhsil şöbələrinin müdirləri, təhsil işçiləri və məktəb direktorları iştirak ediblər.

Öncə qonaqlar ulu öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri qoyublar.

Tədbirdə Beyləqan, Xocavənd, Cəbrayıl və Füzuli təhsil şöbələri müdirlərinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilib.

           Sonra Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək hesabatlar barədə fikrini bildirib. Nazir müavini təhsil sahəsində həyata keçirilən islahatların uğurlu nəticələrindən, qarşıda həllini gözləyən məsələlərdən danışıb. Məhəbbət Vəliyeva deyib ki, son illər ölkəmizdə müasir standartlara tam cavab verən məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, pedaqoji işçilərin sosial rifahı yaxşılaşdırılır.

Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə uğurlar arzulayıb.

Sonra qeyd olunan rayonların məktəb direktorları ilə görüş keçirilib.

Tədbirdə xüsusi fəaliyyətinə görə seçilən təhsil işçiləri təltif edilib.