Məşhur model ölümdən döndü - FOTO

19:20 16-12-2019 522

Bir müddət əvvəl məşhur futbolçu Kriştianu Ronaldu ilə görüşdüyü üçün gündəmə gələn, daha sonra isə bu adı Sinan Akçıl ilə qoşa çəkilən model Cansu Taşkın yol-nəqliyyat qəzasına düşüb.

Modelin hərəkətdə olan maşınının təkərinin partlaması az qala böyük faciəyə səbəb olacaqmış. Lakin dirəyə dəyən maşın sıradan çıxsa da, Cansuya heç nə olmayıb.

Model yaşadığı qorxu dolu anları belə şərh edib:

“Dönmə əməliyyatı edən zaman təkər partladı. Yerin yaş olması da hərəkəti itirib, dirəyə dəyməyə səbəb oldu. Verilməli sədəqəm varmış”.