Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva N.Allahverdiyev adına Beyləqan şəhəri 1 nömrəli tam orta məktəbdə olub

02:49 16-12-2019 636

    Dekabrın 5-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Beyləqan rayonuna səfəri çərçivəsində  təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə həmçinin  N.Allahverdiyev adına Beyləqan şəhəri 1 nömrəli tam orta məktəbdə olub, təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olub, müəllim-şagird kollektivi ilə görüşüb, dərs prosesini izləyib.

    Məhəbbət Vəliyeva səfər çərçivəsində F.Hacıyev adına Beyləqan şəhəri 2 nömrəli tam orta məktəbdə olub. Nazir müavini məktəbin müəllimləri ilə görüşüb. Daha sonra nazir müavini Beyləqan rayonu  I Aşıqlı kənd tam orta məktəbinə də baş çəkib. Müəllim və şagirdlərlə söhbət aparılıb, tədris prosesində interaktiv təlim metodlarından istifadənin vacibliyi və əhəmiyyəti diqqətə çatdırılıb.