Türkiyə parlamentinin spikeri Bakıya səfər edəcək

07:20 17-12-2019 457

Türkiyə Parlamentinin spikeri Mustafa Şentop Bakıya səfər edəcək.

Trend-in Türkiyə parlamentindəki mənbəyə istinadən verdiyi məlumata görə, M.Şentopun Bakıya səfəri 18-19 dekabrda baş tutacaq.

Bildirilir ki, M.Şentop Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 9-cu iclasında iştirak edəcək.

Türkiyə Parlamentinin spikeri Bakıya səfər çərçivəsində Azərbaycanın rəsmiləri ilə görüşlər keçirəcək.