Emin ilk dəfə başqasının klipinə çəkildi - VİDEO

20:20 17-12-2019 555

Uzun zamandır efirlərdən uzaq düşən tanınmış müğənni Sabir Əhmədov yeni layihəsini təqdim edib. 

HerGun.Az xəbər verir ki, Sabir Xalq artisti Emin Ağalarovun “Still” adlı bəstəsini “yeddi-səkkiz” ritmində və yeni aranjimanda rus dilində ifa edib.  

Əhmədov mahnını tamamilə başqa janrda və yeni nəfəsdə dinləyicilərin ixtiyarına verib.  

“Still” Xalq artistinin 2006-cı ildə çıxardığı ilk albomun hit bəstəsidir.  

Bu mahnının sözləri və musiqisi Eminə məxsusdur.  

Sabir həm də bəstəni ekranlaşdırıb. Diqqətçəkən məqam isə sözügedən ekran işində Eminin çəkilməsidir. 

Qeyd edək ki, Emin ilk dəfə başqa bir sənətçinin klipinin çəkilişində iştirak edib.  

Rəşad Əliyev