Gəncədə kafedə düşən dava qanla bitdi

23:00 17-12-2019 576

Gəncədə kafelərdən birində düşən dava qanla bitib.  

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə nəticəsində 1989-cu il təvəllüdlü Məhəmmədəli Hüseynov bıçaqlanıb.  

Onu kimin bıçaqladığı bəlli deyil. 

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılan yaralı əməliyyat edilib.  

Faktla bağlı araşdırma aparılır.