Əməkdar artist müğənnilərin incəbel, böyük omba etdirməsini armuda bənzətdi - FOTO

15:40 18-12-2019 912

Heç bir plastik və estetik əməliyyat etdirməmişəm. Nə vaxtsa buna ehtiyacım olsa, bəlkə, edərəm. 

Bu sözləri Əməkdar artist Mətanət İsgəndərli HerGun.Az-ın əməkdaşı ilə söhbətində dilə gətirib.

Əməkdar artist plastik və estetik əməliyyat etdirdiyinə dair yayılan iddiaları təkzib edib:

“Bu yaxınlarda istirahət üçün İtaliyaya getmişdim. Oradan qayıdandan sonra üzüm təravətlənmişdi. Gözümün altında problem var idi, o zaman cərraha müraciət etmişəm”.

Müğənni Günay İbrahimlinin əməliyyatlardan sonra həmkarlarını “kuvşin”ə bənzətməsinə M.İsgəndərli bu cür şərh etdi:

“Qadınlarda ən gözəl bədən quruluşu armudvari (armudu stəkan - fred.) olandır. Hər qadın istəyinə və zövqünə görə əməliyyat etdirir, amma mən buna yaxşı baxmıram.

Kimə nə xoşdur onu da edir. Müğənnilər göz önündə olduğu üçün daha çox diqqət çəkirlər. Amma indi bir çox qadınlar gözəlləşmək üçün müxtəlif əməliyyatlar edirlər.

İstirahətdən sonra 15 kilo arıqladım. İndi isə yenidən kökəlmişəm. Adətən stressdən kilo alıram. Əsəbləşəndə yeyirəm. Bəziləri “Instagram”da yazırlar ki, Mətanət xanım, çox gözəlsiniz, bir az da arıqlasanız, lap əla olacaq. Digərləri isə əksini yazır. Çox arıq olmağı da xoşlamıram”.

Sənətçi son zamanlar müğənnilərin proqramlarda “tək qonaq” qismində iştirak etmələrindən söhbət açıb, özü də belə bir addım atdığını etiraf edib:

“Efirə tək çıxım” kimi kaprizlər bir çox həmkarlarımda var. Olub ki, mən də demişəm “Bəlkə efirə tək çıxım?” O da əhval-ruhiyyəmdən asılıdır. Arada tək çıxmaq istəyirəm, amma elə vaxtlar da olur ki, əksinə”. Kiminləsə efirə çıxanda daha maraqlı olur. Amma eqoist deyiləm. Bunu tələb etsəm, deyəcəklər, “Qurbandır, verilişə tək gəl”. 

Rəşad Əliyev