Bakıda 34 yaşlı kişi döyülərək ağır xəsarət alıb

02:00 19-12-2019 607

Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.

Hadisə dəmiryolu stansiyasının yaxınlığında qeydə alınıb. 1985-ci il təvəllüdlü Eyyubov Şahin Nazim oğlu tanımadığı şəxs və ya şəxslərlə mübahisə zəmnində döyülərək xəsarət alıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi, əlin və qolların əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.