Nərgiz Zakirova yenidən ana olmaqa hazırlaşır

05:00 19-12-2019 522

Tanınmış rusiyalı müğənni, 48 yaşlı Nərgiz Zakirova övladlığa uşaq götürmək niyyətindədir.

“Dni.ru” xəbər verir ki, həkimlər onu süni mayalanma yolu ilə dünyaya uşaq gətirmək fikrindən daşındırıblar.

Tibb işçiləri bu yaşda süni mayalanmanın xoşagəlməz fəsadlar yarada biləcəyindən xəbərdar ediblər.

Nərgiz “Muğayət ol, Sobçak” şousunda niyyətlərini açıqlayıb.

“Övladlığa uşaq götürmək planlarım var. Bu mütləq rus uşağı olmalıdır. Bəlkə lap körpə uşağı götürdüm. Mən buna hazıram. Bilirəm ki, genetikadan əlavə uşağa ətrafı və tərbiyyə təsir göstərir”, - deyə müğənni bildirib.  

Xatırladaq ki, Nərgiz Zakirovanın artıq 3 uşağı və bir nəvəsi var.