Bakıda 24 yaşlı gənc bıçaqlandı
03:40 20-12-2019 540
Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
HerGun.Az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
1995-ci il təvəllüdlü Vəliyev Kənan Bəhruz oğlu tanımadığı şəxslə mübahisə edib.
Nəticədə o, bıçaq xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli , Elşad Mətləboğlu