Dietoloq Yeni il süfrəsi arxasında aşırı yeməməyin sirrini açdı

06:00 21-12-2019 691

Yeni il süfrəsi arxasında həddindən çox yeməmək üçün buna əvvəlcədən hazırlaşmaq lazımdır, mütləq səhər yeməyi ilə yanaşı, gün ərzində də yemək lazımdır.

Bu barədə RİA “Novosti”yə “Amy Gorin Nutrition” şirkətinin təsisçisi, Nyu-Yorkdan olan dietoloq Emi Qorin bildirib.

“Əgər siz bütün əsas xörəkləri və deserti yemək istəyirsinizsə, gününüzü öncədən planlaşdırın. Mütləq az porsiyalarla da olsa, səhər və nahar yeməkləri yeyin. Əks təqdirdə, çox  ac olduğunuz üçün şam zamanı aşırı  yeyəcəksiniz”.

O əlavə edib ki, orqanizmə labüd olan yağ, protein və sellülozadan başlamaq lazımdır. 

“Wallet Hub” portalının hesablamalarına əsasən,  yetkin insanın bayram süfrəsinin arxasında qazandığı çəkini atmaq üçün 10 saatdan çox fiziki iş lazımdır.  Yeni ildən öncəki formaya qayıtmağa isə təxminən yarım il vaxt gedə bilər.