Roqozin: İlham Əliyevə rəğbətim var

11:00 21-12-2019 513

Hazırda Rusiya-Azərbaycan münasibətləri çox stabildir.

“Vestnik Kavkaza” xəbər verir ki, bu sözləri Rusiya Federal Kosmik Agentliyinin rəhbəri Dmitri Roqozin deyib.

“Həm infrastruktur layihələri, həm də karbohidrogenlər üzrə beynəlxalq formatlar çərçivəsində razılaşmalar nöqteyi-nəzərindən siyasi dialoq çox yaxşıdır. Mən özüm də yanvarın sonunda Bakıya gəlmək istəyirəm, çünki Azərbaycan Kosmik Agentliyi ilə razılaşmamız var. Biz bundan sonra da qarşılıqlı fəaliyyətə hazırıq”, - Roqozin bildirib.

Kosmik sahədə münasibətlərin inkişafı məsələsinə toxunan Roqozin əməkdaşlığın möhkəmləndirilməsi üçün əhəmiyyətli potensialın mövcud olduğunu və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bu məsələləri müzakirə etmək istədiyini vurğulayıb.

Sankt-Peterburqda Rusiya və Azərbaycan Prezidentləri Vladimir Putin və İlham Əliyev arasında keçirilən görüş barədə danışan “Roskosmos” rəhbəri Azərbaycan liderinə səmimi rəğbət bəslədiyini bildirib:

“Bizim İlham Əliyevlə də, yəqin ki, 20 ildir çox yaxın və yaxşı münasibətlərimiz var. Bizim atalarımız dostluq ediblər. Buna görə də ona rəğbətim var”.