Elnur qalmaqal yaşadığı Anar haqqında: “Aramızı “çömçə” müğənni vurdu, bunun işlə əlaqəsi yox idi” - VİDEO

23:00 21-12-2019 95

Mənim Anar Ağakişiyevlə şəxsi münasibətim yoxdur. Amma əvvəllər var idi. Aramızın dəyməsi rəqabətə görə deyil. Hamı öz pulunu qazanır. Kimin öndə, kimin sonda olması önəmli deyil.

HerGun.Az xəbər verir ki, bunu məşhur stilist və makiyaj ustası Elnur Həsənov MTV-də yayımlanan “Söhbətsiz” proqramında deyib.

Elnur həmkarı – dünya şöhrətli Anar Ağakişiyevlə aralarında illər öncə yaşanan qalmaqaldan söz açıb:

“Xalq artisti Brilliant Dadaşovanın sözü yadıma düşdü. O, hər zaman deyir ki, “Bir nömrə deyəndə, yadıma “bir nömrəli tramvay” düşür”. Arada gəzən insan var ki, mənim də, Anarın da yanına gəlir. Başlayır ortalığı qızışdırıb, bir-birinə qatmağa. Ortada hərəkət edən bir çömçədir. Nəticədə, “çömçə” dediyim insan Anarla aramı vurdu.

Vurandan sonra Anarla onun da arasarı dəydi. Çox biabırçı şəkildə dava yaşandı. Həmin insan müğənnidir. Nə zamandan bəri münasibətimizin olmaması yadımda belə deyil.

Aramızda söz-söhbət olandan sonra Anar mənə zəng vurdu. Nəsə izah etməyə lüzum yox idi. Deyilən deyilmişdi. Amma ona çatdırılan məlumatlar səhv idi. İnsanlar o qədər paxıldır ki, elə bildi ki, mən onun haqqında elə bir şey demişəm.

Qalmaqallı məsələyə aydınlıq gətirsəm də, qarşı tərəf dediklərimi qəbul etmək istəmirsə, “mən beləyəm” deyirsə, artıq önəmli deyil. Mən öz içimdə rahatam ki, kim haqqında danışıram və nə deyirəm.

Əgər Anar Ağakişiyev barədə bu proqramda rahat danışa bilirəmsə, mən tərəfdən ona qarşı heç bir problem yoxdur. Onun problemi varsa, onun şəxsi işidir.

Anarın işinə, sənətinə böyük hörmətim var. Eyni işdəyik. Nömrələnmək mənim üçün önəmli deyil. Əsas odur ki, bu iş nə zamansa bitəndə insan olaraq ətrafımız bizi sevsin”.

Qeyd edək ki, tərəflərin arasına nifaq salanın müğənni Nigar Camal olduğu deyilir.

İddialara görə, Neslihan Atagülün Anar Ağakişiyevin etdiyi makiyajı bəyənməyərək ağladığını Elnur Nigar Camala deyib.

N.Camal isə bu məlumatı hazırda qalmaqal yaşadığı A.Ağakişiyevə bildirib. Məhz bundan sonra stilistlərin arasında savaş yaşanıb.

Rəşad Əliyev