Təranə Qumralın qızı ərinə ad günü məclisi qurub, öpüşlərə qərq etdi - FOTO/VİDEO

11:20 22-12-2019 1109

Müğənnilər Təranə Qumral və Musa Musayevin ərdə olan qızı Qumral həyat yoldaşı Natiq Abdul üçün təmtəraqlı ad günü məclisi qurub.

HerGun.Az xəbər verir ki, canfəşanlıqla keçən ad günü məclisində bütün ailə iştirak edib.

Qumral həyat yoldaşı Natiq ilə birgə rəqs etdiyi görüntüləri lentə alaraq, “İnstagram” hesabında paylaşıb. Kadrlarda Qumral Natiqi öpüşlərə qərq edib. O, yayımladığı videonu bu cür şərh edib:

“Bu günümüz çox şən gözəl keçdi. Bir daha səni təbrik edirəm, atası. Yaxşı ki, varımızsan. Sən bu dünyada hər şeyin ən gözəlinə layiqsən. Üzü nurlu, saf qəlbli, gözəl niyyətli “kocişim”.

Qeyd edək ki, Qumral-Natiq cütlüyünün bir qız və bir oğlan övladları var. Natiq Abdul “videoqraf” kimi fəaliyyət göstərir. Onun xanımı isə hazırda şəhərin elit məkanlarının birində ”showroom” (red: geyim butiki) açmağa hazırlaşır. Qumral şəxsi “İnstagram” səhifəsinin “hekayə” bölümündə geyim butikindən olan görüntülər paylaşaraq “İşlər gedir, çox az qaldı” sözlərini qeyd edib.

Rəşad Əliyev