Sevil və Sevinc bacıları sənətdən gedir? - VİDEO

15:20 22-12-2019 918

Biz qətiyyən tək səhnəyə çıxmayacağıq. Fikrimizdə ailə qurmaq var. Məndən iki dəqiqə böyük bacım Sevincdir, ilk ailə həyatını da o qursun. Mən də onun yanında qalıb, ona yemək bişirəcəyəm. Sənətə davam etməyi düşünmürük.

HerGun.Az xəbər verir ki, bu sözləri şou-biznesin əkiz müğənni bacıları Sevil və Sevinc Səfərovalar ARB TV-də yayımlanan “Söhbət var” proqramında dilə gətiriblər. Bacılar ailə qurduqdan sonra sənətdən getməyi planlaşdırdıqlarını diqqətə çatdırıblar:

“Ailə qurduqdan sonra müğənnilik fəaliyyətimizi davam etdirməyəcəyik. Rəfiqələrimiz deyir ki, bu qədər əziyyət çəkmisiniz, niyə görə ailə qurduqdan sonra bu sənəti atmaq istəyirsiz? Özümüzü bu sənətə heç uyğun görmürük. Özümüzü narahat, qəribə hiss edirik. Deyirəm ki, Allah xeyirli bir qapı açsın, ailə quraq və bu sənətdən gedək. Davamlı müğənnilik etmək istəmirik. Sosial şəbəkələri belə gizli işlədəcəyik. Ümumi səhifəmizdə heç nə paylaşmayacağıq”.

Rəşad Əliyev