Çin 850-dən çox adda məhsulun idxal rüsumlarını azaldacaq

07:00 23-12-2019 894

Çin hakimiyyəti 1 yanvar 2020-ci il tarixindən etibarən 850-dən çox adda məhsulun idxal rüsumlarını azaldacaq.

TASS bildirir ki, bu barədə bazar ertəsi ÇXR Dövlət Şurasının tarif və vergi siyasəti komitəsi məlumat verib.

“2020-ci ilin yanvar ayından etibarən 850-dən çox adda məhsulun rüsumları dəyişdiriləcək və daha asanlaşdırılmış rejim əldə etmiş ölkələr üçün  olan tariflərdən aşağı olacaq”, - deyə məlumatda bildirilir.