Məmmədyarov-Zalkaliani görüşündə nələr müzakirə edildi?

17:40 23-12-2019 959

Tbilisidə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla gürcüstanlı həmkarı David Zalkaliani arasında ikitərəfli görüş keçirilib.

HerGun.Az-ın məlumatına görə, görüş Azərbaycan, Gürcüstan və Türkiyə Xarici İşlər nazirlərinin səkkizinci üçtərəfli görüşü çərçivəsində baş tutub.

Görüş əsnasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinə aid məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xarici İşlər nazirləri regionda baş verən mühüm məsələləri də müzakirə ediblər. 

İki ölkə arasında Hökumətlərarası İqtisadi Komissiyanın növbəti iclasının keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə ticarət, iqtisadiyyat, nəqliyyat və enerji sahələrində əməkdaşlıq məsələləri də müzakirə mövzusu olub.