Gürcüstan prezidenti İlham Əliyevi təbrik etdi

13:40 24-12-2019 655

Gürcüstanın Prezidenti Salome Zurabişvili Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:

“Cənab Prezident, doğum gününüz münasibətilə Sizi təbrik etməkdən böyük şərəf duyuram.

Sizin rəhbərlik etdiyiniz Azərbaycan Gürcüstanın mehriban dostu və tərəfdaşıdır. Gürcüstanla Azərbaycan arasındakı münasibətlər həqiqətən də nümunəvidir. Mən inanıram ki, biz regionda sabitliyin möhkəmləndirilməsi və gələcəkdə daha da gücləndirilməsi istiqamətində bundan sonra da bir çox faydalı addımlar atacağıq.

Sizə möhkəm cansağlığı, ölkənizə rifah, sülh və müvəffəqiyyətlər arzu edirəm”.