UNİCEF Suriyada valideynlərini itirmiş azərbaycanlı uşaqlarla bağlı məsələni nəzarətə götürüb

17:40 25-12-2019 472

UNİCEF Suriyada hər iki valideynini itirmiş azərbaycanlı uşaqlarla bağlı məsələni nəzarətə götürüb.

Bununla bağlı Ombudsman aparatından məlumat verilib.

Bildirilib ki, bu barədə UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə görüşündə deyib.

Ombudsman Səbinə Əliyeva hər iki valideynini itirmiş azərbaycanlı uşaqların Suriyada məhrumiyyətlərlə üzləşərək çətin vəziyyətdə qaldıqlarını, onların pozulmuş hüquqlarının bərpasının və qısa müddət ərzində öz ölkələrinə gətirilməsinin vacibliyini, bu məsələdə UNİCEF-in dəstək göstərməsinin əhəmiyyətli olacağını E.Karvardinin diqqətinə çatdırıb.

E.Karvardin isə qurumun bu məsələni nəzarətə götürərək bəhs olunan ölkədəki nümayəndəliyə məlumat verəcəyini, təşkilatın öz imkanlarını səfərbər edərək yardımçı olacağını bildirib.