Maşınları düzgün park etməmək sürücülərə baha başa gəldi - VİDEO

18:40 25-12-2019 547

İçkili şəxs ov bıçağını götürərək qonşuların avtomobillərinə hücum çəkib. Polislər onu tutana kimi kişi 76 nəqliyyat vasitəsinin təkərini məhv edib.

Bu barədə "Life.ru" xəbər yayımlayıb.

"Maşınlara qarşı qiyam"ı zərərçəkənlərdən biri videoya çəkib.

Məlumata görə, 40 yaşlı kişi hüquq mühafizəçilərə bildirib ki, cinayəti o yox, maşını düzgün yerdə park etməyənlər törədib.

Bununla belə, kişi elədiklərinə görə peşman olduğunu deyib.