Bakıda 26 yaşlı gənci ürəyindən bıçaqladılar

01:00 26-12-2019 541

Nizami rayonunda bıçaqlanma hadidəsi baş verib.  

HerGun.Az xəbər verir ki, hadisə “Lotos” ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.  

Belə ki, Hacıqabul rayon sakini, 1993-cü il təvəllüdlü Mayılov Sirac Əlizadə oğlu naməlum şəxs və şəxslərlə mübahisə zəmnində ürək və qarın nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alıb.  

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona döş qəfəsinin, qarın boşluğunun çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.  

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.  

Kamil Əmirli