Azərbaycan, Rusiya və İran liderləri tezliklə görüşə bilər - AÇIQLAMA

10:00 26-12-2019 529

Ümid edirik ki, Rusiya, Azərbaycan və İran Prezidentlərinin sammiti tezliklə keçiriləcək.

HerGun.Az-ın xəbərinə görə, bunu “RİA Novosti”yə müsahibəsində İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib.

O bildirib ki, İran Prezidenti Həsən Ruhani və Rusiya dövlət başçısı Vladimir Putinin təqdim etdiyi regional təşəbbüslər nəzərə alınsa, sammitlərin sayının çoxaldığını demək olar.

“Bu ilin avqust ayında Soçidə Rusiya-Azərbaycan-İran sammiti planlaşdırılırdı. Lakin bu, təxirə salındı. Ümid edirik ki, görüş tezliklə keçiriləcək”, - deyə səfir K.Cəlali əlavə edib.

Xatırladaq ki, Rusiya, Azərbaycan və İran dövlət başçılarının Soçi görüşü avqustun 14-nə planlaşdırılmışdı.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə demişdi ki, zirvə görüşü texniki səbəblərdən təxirə salınıb.

Aqşin Kərimov