İlham Əliyev və birinci xanım məcburi köçkünlər üçün salınan yaşayış kompleksinin açılışında
12:00 05-07-2019 713
Bakının Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi iyulun 5-də istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaşayış kompleksinin açılışında iştirak ediblər.