Səidə Sultan qısa çəhrayı saçları ilə yerə uzanıb, ehtiraslı pozalar verdi - VİDEO

18:20 26-12-2019 642

Populyar müğənni Səidə Sultan yeni mahnısı və klipini təqdim edib.

HerGun.Az xəbər verir ki, Səidə musiqisi və sözləri JayHuna məxsus “O məni” adlanan bəstəni ekranlaşdırıb. Klipi isə rejissor Dr.Nicat Zeynallı ərsəyə gətirib.

Ekranlarda az-az görünən sənətçi görünüşündə etdiyi dəyişikliklərlə diqqət mərkəzində olub. Səidə saçlarını qısa kəsdirərək, onları çəhrayı rəngə boyadıb.

Ekran işində diqqətçəkən məqam, müğənninin ağzında saqqız, əlində isə dibçək ilə hotelə daxil olması və geyimi ilə məşhur “Leon” filmindəki “Matilda” obrazını təkrarlaması olub.

Klipdə dəlisov, çılğın və sözəbaxmayan qadın obrazı canlandıran Səidə Sultan ehtiraslı rəqsi ilə də müzakirələrə yol açıb.

Rəşad Əliyev