Mərhum repçinin qəbrini yandırdılar - VİDEO

00:00 27-12-2019 553

Rusiyanın məşhur mərhum repçisi Kiril Tolmatskinin (Detsl) qəbrini yandırıblar.

HerGun.Az xəbər verir ki, naməlum şəxslər repçinin qəbrinin üstünə, eləcə də ətrafa od vuraraq yandırıb, bərbad hala salıblar.

Mərhumun anasının sözlərinə görə, çirkin hadisə Milad bayramı ərəfəsində baş verib. Kirilin anası onun məzarını ziyarət etmək üçün qəbirstanlığa gəlib. Yaşadıqlarından təlaş və şok keçirən ana gördüklərini mobil telefonun kamerasına həkk edib və sosial şəbəkədə paylaşıb.

Xoşagəlməz olayla bağlı adiyyəti idarə hadisənin sənətçinin pərəstişkarları tərəfindən edildiyini açıqlayıb. Onlar bildiriblər ki, Kirilin fanatları qəbrinin üzərində şamlar yandırıblar. Nəticədə gül çələngləri yanaraq qəbrin üstündə duran xaça keçib və kül olub.

Kirill Tolmatskiy fevralın 3-nə keçən gecə İjevskdə 35 yaşında vəfat edib. Reperin ürəktutmasından vəfat etdiyi bildirilib.

Rəşad Əliyev