BƏƏ-nin Bakıdakı səfirliyi bu bəyannaməni ictimaiyyətə təqdim etdi

19:40 27-12-2019 584

Roma Papası Fransiskin Birləşmiş Ərəb Əmirliklərinı (BƏƏ) səfəri zamanı imzalanmış “Bəşər qardaşlığı: Bütün dünyada sülh və birgəyaşayış naminə” adlı bəyannaməni ictimaiyyətə təqdim edilib.  

Bu barədə HerGun.Az-a BƏƏ-nin Azərbaycandakı səfirliyindən məlumat verilib.  

Xatırladaq ki, Roma Papası Birləşmiş Ərəb Əmirliklərinə Əbu-Dabi vəliəhdi, Şeyx Mohammed bin Zayed Al-Nahyanın dəvəti ilə cari il fevralın 3-5-də ilk dəfə rəsmi səfər edib.  

Səfər çərçivəsində dünyanın müxtəlif ölkələrindən gəlmiş dini liderlərin iştirakı ilə bəşər qardaşlığına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Konfrans çərçivəsində Roma Papası Fransisk və Əl-Əzhər məscidinin imamı şeyx Əhməd ət-Tayyibin birgə bəyannamə imzalayıblar.  

“Bəşər qardaşlığı: Bütün dünyada sülh və birgə yaşayış naminə” bəyannaməsinin Azərbaycan və rus dillərinə tərcüməsi ilə bu linkdən tanış olmaq mümkündür.  

Aqşin Kərimov