Bacısı qızına təcavüz edən dayı şikayətini geri götürdü

21:40 27-12-2019 99

Ali Məhkəmədə seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən R.B.-nin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə keçirilib. 

HerGun.Az xəbər verir ki, kassasiya şikayətinə hakim Əli Seyfəliyevin icraatında baxılıb. 

Məhkəməyə müraciət edən R.B. barəsində bəraət hökmünün çıxarılmasını istəyir. Şikayətə baxılan zaman bildirilib ki, R.B. kassasiya şikayətinin geri götürülməsi ilə bağlı məhkəməyə müraciət edib. Ali Məhkəmə onun müraciətini təmin edib. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.B. 12 il müddətinə azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, Bakı şəhər sakini, azyaşlı Lalə Qafarovaya (ad, soyad şərtidir) qarşı dayısı 1993-cü il təvəllüdlü R.B.R. tərəfindən dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktına görə yanvarın 19-da Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.

Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.