Falkao “Qalatasaray”ı bu kluba dəyişir? - İDDİA

00:00 28-12-2019 453

2019-cu ilin yay transfer mövsümündə “Qalatasaray” klubuna transfer olunan kolumbiyalı hücumçu Radamel Falkao Argentinanın “River Pleyt” klubuna keçə bilər. 

“Don Balon” idman nəşri məlumat verir ki, hücumçunun qış fasiləsində klubunu dəyişmək ehtimalı böyükdür.

Qəzet yazır ki, Falkaonun bu günə qədər sərgilədiyi oyun “Qalatasaray” rəhbərliyini razı salmayıb. Bu səbəbdən klub və futbolçu ayrılmağa müsbət yanaşır. 

Qeyd edək ki, hücumçu “Qalatasaray”da çıxdığı 10 rəsmi oyunda iki dəfə fərqlənə bilib.