Fincan qəhvənin dadına təsir göstərir – Tədqiqat aparılıb

03:20 28-12-2019 502

Kofe içdiyimiz qab onun dadına dolayısı ilə təsir göstərir. 

“Food Quality and Preference” jurnalının məlumatına əsasən, belə bir qərara braziliyalı alimlər  gəliblər.

Tədqiqatçılar müəyyən ediblər ki, kobud və nahamar daxili örtüyü olan fincanlardan içilən qəhvə acıtəhər dad verir. Hamar örtüklü fincanlar isə qəhvənin dadını şirin edir.

Təcrübədə 230 nəfər iştirak edib, onların arasında həm həvəskar, həm də peşəkar dequstatorlar olub. Onlar xarici və daxili tərəfi hamar keramikadan və nahamar ağ  keramikadan olan fincanlarda yüksək keyfiyyətli Braziliya qəhvəsi içiblər. Bu zaman, bütün fincanlar eyni forma və çəkidə olub.

Dequstatorlar bildiriblər ki, hamar fincanlarda içilən qəhvə şirin, kobud fincanlarda içilənlər isə acıtəhər dad verib.