Tom Henks arzusunu həyata keçirdi – Bu ölkənin vətəndaşlığını aldı
05:40 28-12-2019 565
Amerikalı aktyor Tom Henks Yunanıstan vətəndaşlığını alıb.
Bu barədə Afina xəbər agentliyi məlumat yayıb.
Qeyd edilir ki, Henks Yunanıstanın pərəstişkarıdır. Bundan əlavə, o, yunan mənşəli aktrisa Rita Vilsonla evlidir.
Məlumata əsasən, təbəəliyə götürmə haqqında sərəncamı Yunanıstanın prezidenti Prokopis Pavlopulos imzalayıb.
Aktyorun Antiparos adasında evi olduğu da bildirilir.