2019-da ölkəmizə gəlişləri ilə səs salan türk məşhurlar - FOTO

15:00 28-12-2019 480

2019-cu il bir çox hadisələrlə yanaşı, Azərbaycana gələn türk qonaqlarla da yadda qalıb.

HerGun.Az ölkəmizə gəlişləri ilə səs salan türk məşhurların siyahısını təqdim edir:

“Kurtlar Vadisi” teleserialındakı “Çakır” obrazı və “Eşkıya Dünyaya Hükümdar Olmaz” ilə tanınan Oktay Kaynarcanın Bakı səfəri ən yadda qalan olub. Onu görmək istəyənlər izdihama səbəb olub. Bu səbəbindən aktyorun imza günü ləğv edilib. Yaşanan izdiham Türkiyə mətbuatında da öz əksini tapıb.

Türkiyənin məşhur rok ifaçısı Haluk Levent leykemiya xəstəsi olan azərbaycanlı, 22 yaşlı Sura Nadirova üçün Bakıda xeyriyyə konserti verib.

25 ildən sonra ilk dəfə Bakıya gələn Cem Yılmaz öz şousu çıxış edib. Onun “Bir həftə Bakıda qalsam, Miri Yusif kimi Xalq artisti olacağam” fikirləri böyük qalmaqala səbəb olub. O, azərbaycanlı ifaçılardan İradə İbrahimovanı, Aygün Kazımovanı, gənclərdən isə Raufu tanıdığını deyib.

Paytaxtımızın qonağı olan “Kurtlar vadisi”nin “Nazife ana”sı Serpil Tamur Rasim Balayevlə bir filmdə çəkilmək istədiyini açıqlayıb.

İlk dəfə Bakıya gələn “Kırğın çiçekler” serialında “Kader” obrazı ilə məşhurlaşan aktrisa Naz Çağla Irmak bundan sonra şəhərimizə tətilə gəlmək istədiyini, feyxoa meyvəsini çox bəyəndiyini, hətta İstanbula aparmaq üçün bir kq feyxoa belə aldığını bildirib.

“7. Koğuştakı mucize” filmində Ova obrazı ilə hər kəs tərəfindən sevilən  Nisa Sofiya Aksungur Bakıda keçirilən V Türk Filmləri Həftəsi ilə bağlı paytaxtımızın qonağı olub. Balaca aktrisa dünyaca tanınan aktyor Aras Bulut İynemli ilə birgə filmdə oynamağın əla bir hiss olduğunu qeyd edib.

“Cennet Mahallesi” serialları ilə tanınan aktrisa Melek Baykalın vaxtı keçmiş, yaşlanmış, əxlaqsız qadın obrazını canlandırmaq istəməsi ilə bağlı fikirləri də maraqla qarşılanıb.

Türkiyə və Azərbaycan mətbuatında özündən 25 yaş kiçik aktyor Halil İbrahim Kurum ilə sevgili olması xəbərləri ilə gündəm olan aktrisa Sema Keçik də bu il paytaxtımızın qonağı olub. Hər kəsi maraqlandıran sevgilisi ilə bağlı deyilənlərin doğruluğunu nə təsdiq, nə də inkar edib.

Paytaxtımızda konsert verən türkiyəli müğənni İrem Dericinin türk kişilərdən bezməsi, azərbaycanlı bəylə ailə qurub Azərbaycan gəlini olmaq istədiyini deməsi gündəm olub.

Sevinc Yasinqızı