Bakıda kişi arvadını vəhşicəsinə döyüb əvvəl kolluğa, sonra xəstəxananın həyətinə atdı - Qadın öldü

09:00 29-12-2019 908

Bakıda həyat yoldaşı tərəfindən döyülən qadın xəstəxanada ölüb.

Report-un məlumatına görə, hadisə üç gün bundan öncə, dekabrın 26-da paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib.

Belə ki, 24 yaşlı Nuranə Əliyevanı döyən həyat yoldaşı onu ağır vəziyyətdə heç kimin görməməsi üçün yol kənarındakı kolluğun içərisinə atıb. Lakin bir müddət sonra geri dönərək, N.Əliyevanı 3 saylı Şəhər Klinik Xəstəxanasının həyətinə gətirib və tibb işçilərinə təhvil vermədən hadisə yerindən uzaqlaşıb.

Növbədə olan tibb işçiləri qadını dərhal xəstəxanaya gətirib, müvafiq tibbi yardım göstəriblər. 

Palataya köçürülən qadına qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Lakin həkimlərin səyinə baxmayaraq, N.Əliyeva bu gün müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.