Sağ qalmağın yolunu öyrədirdi, ölümcül xəstələndi - VİDEO

23:40 29-12-2019 552

Yaşama uğrunda mübarizə ilə bağlı realiti şounun çəkilişi zamanı məşhur amerikalı aktyor Zak Efronun halı pisləşib. O, dərhal Avstraliyaya təxliyyə olunaraq, xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, aktyor tif xəstəliyi, ya da buna uyğun bakterial infeksiyaya yoluxub. Bir həftəlik müalicədən sonra “Dahi şoumen” filminin ulduzu həkimlərdən Amerikaya getmə izni ala bilib.

Bildirilir ki, Zak yaşama uğrunda mübarizə proqramı çərçivəsində cəngəllikdə hazırlanan “Zak Efronu öldürməli” sənədli serialında iştirak etməlidir.