Bu gün İlham Əliyevin “Rossiya-24” telekanalına müsahibəsi yayımlanacaq

13:00 30-12-2019 539

Xəbər verdiyimiz kimi, dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının “Rossiya-24” televiziya kanalına müsahibə verib.

Bununla bağlı “Trend” İnformasiya Agentliyi məlumat yayıb. 

Dövlətimizin başçısı müsahibədə Azərbaycan-Rusiya ikitərəfli münasibətləri və digər məsələlərlə bağlı sualları cavablandırıb.

Bu gün günorta saatlarında “Rossiya-24” televiziya kanalında Prezident İlham Əliyevin müsahibəsinin yayımı planlaşdırılır. Azərbaycan Televiziyası da birbaşa olaraq həmin yayıma qoşulacaq.