Xəstə oğlunun qan zərdabına ifrazat qatdı - FOTO

13:20 30-12-2019 520

Ana ağ qan xərçəngi olan xəstə oğlunun qan zərdabına ifrazat qatıb.

Sondakika.com-un xəbərinə görə, hadisə ABŞ-ın İndiana ştatının Volkott qəsəbəsində baş verib.

Məlumatlara görə, qarın ağrısı şikayəti ilə xəstəxanaya çatdırılan uşağa ağ qan xərçəngi diaqnozu qoyulub.

Xəstəxanada həkim nəzarətində olan uşağın qan analizlərində qorxunc faktı aşkar edən tibb işçiləri otaqda olan müşahidə kamerasına əsasən, ananın övladının qan zərdabına inyeksiya ilə maye əlavə etdiyini görüblər.

Hadisə ilə bağlı ana ancaq qan zərdabına inyeksiya ilə su əlavə etdiyini deyib.

Məhkəmə hökmünə əsasən, o, yeddi il azadlıqdan məhrum edilib.