“Keşlə”ni sonuncu edən baş məşqçi ilə yeni müqavilə imzalandı

17:27 05-07-2019 749

İyunun 20-dən növbəti mövsümün hazırlıqlarına başlayan “Keşlə” klubunda məşqçilər korpusunun tərkibi təsdiqlənib.

HerGun.Az xəbər verir ki, komandanın baş məşqçisi Tərlan Əhmədov və onun rəhbərlik etdiyi məşqçilər heyəti ilə daha birillik əməkdaşlıq müqaviləsi imzalanıb.

Yeni mövsümdə T.Əhmədova Zaur İsmayılov, Camaləddin Əliyev, Mehman Babayev və Rəşad Sadiqov kömək edəcəklər. Bununla yanaşı, Vadar Nuriyev baş məşqçinin əsas köməkçilərindən biri kimi komandada fəaliyyət göstərəcək.

Qeyd edək ki, T.Əhmədovun rəhbərliyi altında “Keşlə” sonuncu pilləni tutsa da, klub ona növbəti dəfə etimad göstərib.

Səbuhi Musayev