Nazirlər Kabineti bu toxumların istehsal kvotalarını təsdiq edəcək

21:20 30-12-2019 811

Nazirlər Kabineti “Azərbaycan Respublikasında buğda toxumçuluğununinkişaf etdirilməsi tədbirləri haqqında” qərarında dəyişiklik edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, qüvvədə olan qərara əsasən, Kənd Təsərrüfatı Nazirliyi hər il 15 iyun tarixinədək növbəti il üçün orijinal, superelit, elit, 1-ci və 2-ci reproduksiyalı toxumlar və tinglərin istehsalı kvotalarının təsdiq edilməsi barədə müəyyən olunmuş qaydada Nazirlər Kabinetinə təklif verib.

Dəyişikliyə əsasən, Kənd Təsərrüfatı Nazirliyi hər il 15 iyun tarixinədək növbəti il üçün orijinal, superelit və elit toxumların istehsalı kvotalarının təsdiq edilməsi barədə müəyyən olunmuş qaydada Nazirlər Kabinetinə təklif verəcək. Başqa sözlə, 2-ci və 2-ci reproduksiyalı toxumlar və tinglərin istehsalı kvotaları ilə bağlı Nazirlər Kabinetinə təklif verilməyəcək.

Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.