ABŞ xəbərdarlıq etdi, Rusiya həbs elədi - VİDEO

00:00 31-12-2019 827

Rusiyanın Federal Təhlükəsizlik Bürosu Sankt-Peterburqda iki nəfərin həbs edilməsi görüntülərini yayımlayıb. Həbs edilənlər Yeni il tətilində, izdihamlı yerlərdə terror aktları hazırlamaqda şübhəli bilinirlər.

Life.ru-nun xəbərinə görə, saxlanılanların mənzillərində silah-sursat, həmçinin kustar üsulla partlayıcı hazırlamaq üçün ləvazimatlar tapılıb. Həmçinin, sosial mediada onların bir terror təşkilatına beyət etdiklərini göstərən videolar tapılıb.

Qeyd edək ki, Rusiya təhlükəsizlik qüvvələrinə terror hadisələri ilə bağlı məlumatı amerikalı həmkarları çatdırıb. Rusiya Prezidenti Vladimir Putin də Sankt-Peterburqdakı terror aktlarının qarşısının alınması barədə məlumatlara görə amerikalı həmkarı Donald Trampa təşəkkür edib.