Həkim xəstəsinə təcavüz etdi

01:20 31-12-2019 650

Rusiyanın Moskva şəhərində xəstə həkim təcavüzünə məruz qalıb.

Ren.tv-nin xəbərinə görə, Yeramişançev xəstəxanasında həkim-anestezioloq xəstəsinə təcavüz edib.

Belə ki, 33 yaşlı qadın xəstəxanada olduğu zaman həkim ona intim münasibətdə olmağı təklif edib. Qadın etiraz edəndə anestezioloq ona təcavüz edib.

Qadının polisə şikayəti əsasında həkim həbs edilib.

Xəstəxananın müdiriyyəti hadisəni təkzib etməyib. Eyni zamanda, qadının hadisə ilə bağlı xəstəxanaya şikayət etmədiyi də bildirilib.