İran gəmiləri ABŞ-ın “Abraham Linkoln” aviadaşıyıcısını təqib etdilər - FOTO

02:40 31-12-2019 576

ABŞ-ın “Abraham Linkoln” aviadaşıyıcısını Ormuz boğazını keçən zaman İran gəmiləri tərəfindən təqib edilib.

“Defence blog” xəbər verir ki, bunu ABŞ-ın Beşinçi donanmasının nümayəndəsi, komander Coşua Frey bildirib.

Onun sözlərinə görə, hadisə zamanı aviadaşıyıcının yaxınlığında heç bir amerikalı gəmi olmayıb.

Daha əvvəl KİV-lərin yaydığı sputnik şəkillərində “Abraham Linkoln”un 18 İran gəmisinin müşaiyəti ilə Ormuz boğazından keçməsi əks olunub.