Sinqapurda sürücü maşınını qəsdən insanların üstünə sürdü: iki nəfər öldü, dördü yaralıdır – VİDEO

06:20 31-12-2019 589

Sinqapurda iki nəfərin ölümünə səbəb olan ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

CNA xəbər verir ki, hadisə dekabrın 29-da “Lucky Plaza” ticarət mərkəzinin qarşısında baş verib.

“Honda Vezel” sürücüsü maşınını qəsdən insanların üstünə sürüb. Maşın bir neçə nəfəri vuraraq dəmir arakəsməni sındırıb və aşağı aşıb.

Hadisə nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb.

Polis hadisəni törədən sürücünü həbs edib. Onun hansı səbəblərdən belə addım atdığı araşdırılır.