“Əş-Şabab”: Partlayış Türkiyə hərbçilərinə qarşı yönəldilib

07:40 31-12-2019 647

“Əş-Şabab” radikal qruplaşması Somalinin paytaxtı Moqadişoda törədilən partlayışa görə məsuliyyəti üzərinə götürüb.

“Reuters” xəbər verir ki, terror təşkilatı bununla bağlı audio müraciət hazırlayıb.

“Partlayış Türkiyə və Somali qüvvələrinin karvanına qarşı yönəldilib və böyük itkilərə səbəb olub”, - “Əş-Şabab”ın mətbuat katibi Əli Mohamud Raqe bunları açıqlayıb.

Xatırladaq ki, Somalinin paytaxtında minalanmış avtomobil partladılıb. Hadisə nəticəsində 90-dan çox insan həlak olub, onalrın ikisinin Türkiyə vətəndaşı olduğu bildirilir.