Misirin sabiq prezidenti Məhəmməd Mursi məhkəmə zalında öldü

20:36 17-06-2019 603

Misirin sabiq prezidenti Məhəmməd Mursi bazar ertəsi Qahirədə, məhkəmə salonunda vəfat edib.

Bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Onun halı müttəhim kimi təqsirləndirildiyi casusluq işi üzrə məhkəmə iclasında pisləşib və elə orda keçinib.

Məhəmməd Mursi 1951-ci ildə anadan olub. O 2012-ci ildə Misir prezidenti seçilib. 2013-cü ildə Misirdə hərbi çevriliş zamanı devrilərək həbs edilib.