2019-сu ilin ən qeyri-adi diaqnozları: Sizi it yalayıb

16:40 31-12-2019 470

Avstriyanın “Kurier” nəşri 2019-cu ilin ən qeyri-adi diaqnoz hallarından yazıb.

Belə ki, 63 yaşlı kişini elə öz iti yaladıqdan sonra halı pisləşib. İlkin müayinədən sonra o dərhal reanimasiyaya qaldırılıb. Lakin həkimlər ona kömək edə bilməyiblər, itin sahibi orqan çatışmazlığından ölüb.

İsraildə, 60 yaşındakı bir qadın  təsadüfən “guacamole”ni (avokado sousu) vasabi (çox acı yapon yaşıl xardalı) ilə qarışıq salaraq yedikdən sonra ürək problemləri səbəbiylə xəstəxanaya qaldırılıb.

2017-ci ildə Portuqaliya sakini əllərinə hormonal implant yerləşdirir. Bu yaxınlarda onu əvəz etdikdən sonra ağır qanaxmaya məruz qalır. Narahat olan 31 yaşlı qadın həkimə müraciət edib. Ancaq həkim implantı onun əlində tapmır, məlum olur ki, implant ağciyərə keçib.

İngiltərədə, 72 yaşlı təqaüdçü əməliyyatdan sonra udma ilə bağlı problemlər yaşamağa, həmçinin qanlı öskürməyə başlayıb. Bir neçə dəfə həkimlərə müraciət etsə də, ilkin müayinədə sətəlcəm diaqnozu qoyulur, antibiotiklər təyin edilir və müalicə üçün evə göndərilir. Həkimlər tərəfindən edilən ikinci müayinədən cəmi bir həftə sonra məlum olur ki, kişi sətəlcəm deyilmiş, protezinin bir hissəsi boğaza keçib.

Britaniyalı Bristoldan olan bir gənc sağlam olmayan düzgün qidalanmadığı üçün gözlərini itirib. Belə ki, o gününü fri-kartof, çips və ağ çörəklə keçirir, bəzən də ət yeyirdi. 17 yaşlı yeniyetmənin vitamin çatışmazlığından kor olduğu məlum olub.

Ötən ilin aprel ayında isə Filippin sakini qeyri-adi səbəbdən qolunu itirib. Coy Arcilla qolundakı xərçəng şişini ağcaqanad dişləməsi sayıb. Hər şey məlum olduqda isə artıq gec olub: kimyəvi terapiya kursları qızı xəstəlikdən xilas edə bilmir və şişin bədənin digər hissələrinə yayılacağı təhlükəsi ilə əli amputasiya edilir.