Xüsusi təyinatlılar qaçıb gizləndilər - VİDEO

19:20 31-12-2019 563

Sosial şəbəkələrdə ABŞ səfirliyinin içərisində gizlənən elit bölmənin əsgərlərinin görüntüləri yayılıb.

“Ren TV”nin məlumatına görə, İraqdakı diplomatik missiyadan olan kadrlar “Tvitter”də yayımlanıb.

Qeyd edək ki, dekabrın 31-də İraqdakı ABŞ səfirliyi ətrafında iğtişaşlar başlayıb. Yüzlərlə insan əllərində "Molotov kokteyli" səfirliyin binasını mühasirəyə alıb. 

Binanın mühafizəçilərindən olan iraqlı və amerikalı hərbçilər səfirliyin ərazisinə sığınıblar.

İraq sakinləri ABŞ-a məxsus təyyarələrin yerli könüllülərin mövqelərinə hücumlara etiraz edirlər.

Nümayişçilər hasara od vurublar, ABŞ bayrağını cırırlar və binaya zibil atırlar.

Hüquq mühafizə orqanları gözyaşardıcı qazdan istifadə edərək nümayişçiləri dağıtmağa çalışır.