Roma Papası onun əlindən tutan qadını vurdu - VİDEO

11:40 01-01-2020 676

Vatikanda xalqla görüş zamanı Roma Papasının bir qadına qarşı kobud hərəkəti dünya mediasında müzakirələrə səbəb olub.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Bildirilir ki, hadisə Pontifikin Sankt Peter Meydanında böyük Milad səhnəsinə gedərkən baş verib. Papa Fransisk ziyarətçilərlə görüşərkən qadınlardan biri onun əlindən möhkəm tutub. Bu isə Roma Papasının xoşuna gəlməyib və o, sərt şəkildə onun əlini buraxmağa tələsməyən qadının əlindən bir neçə dəfə vurub.

Kadrlarda Roma Papasının qadına acıqla nəsə dediyi də görünür.