Həbsxanada dostluq oyunu düşmənçiliklə yekunlaşdı: 16 ölü

19:00 01-01-2020 675

Meksikanın Sakatekas əyalətində həbsxanada rəqib karteller “Golfo” və “Los Setas” üzvləri arasında dostluq oyunu qanlı qarşıdurma ilə bitib. Bu barədə “Mirror” məlumat yayıb.

Silahların və bıçaqların işə düşdüyü davanın bir neçə saat davam etdiyi vurğulanıb. Dava zamanı 15 nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada ölüb.

Qeyd olunur ki, iğtişaşlar həbsxanada mühafizəçilərin məhkumlardan silah, alkoqollu içkilər, narkotik və telefon ələ keçirməsindən bir gün sonra baş verib.