Avtobusda söz-söhbət 13 bıçaq zərbəsi ilə bitdi - VİDEO

19:20 01-01-2020 794

Avtobusda dava zamanı kişinin qarnına 13 bıçaq zərbəsi vurulub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Bu barədə Life.ru xəbər verib.

Hadisə Rusiyanın paytaxtında yaşanıb. 

Kadrlarda bir qrup gəncin orta yaşlı kişi ilə əvvəlcə sözləşməsi, sonra isə davası əks olunub. 

Yaralanandan sonra xəstəxanaya qaldırılan kişi reanimasiyaya yerləşdirilib. Gənclər isə hadisə yerindən qaçıblar.

Hadisə ilə bağlı istintaq başlanılıb.