FHN atanın oğlunu öldürməsinə səbəb olan evin yanması barədə məlumat yaydı

20:20 01-01-2020 114

Bu gün Göygöl rayonunun Nadil kəndində ümumi sahəsi 176 m² olan birmərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar 90 m² sahədə, dam örtüyü və evin yaxınlığında 100 p.m çəpər yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xatırladak ki, bu gün Göygöl rayonunun Nadil kəndində 1950-ci il təvəllüdlü Bayramov Yaşar Qəmbər oğlu övladı 1978-ci il təvəllüdlü Mahir Bayramovu qətlə yetirib. Məlumata əsasən, ata ilə oğul arasında uzun müddət evlə bağlı problem olub. Hadisə 41 yaşlı oğulun mübahisəyə səbəb olan evi yandırması ilə baş verib. Övladının bu əməlinə əsəbiləşən ata onu ov tüfəngi ilə qətlə yetirib.