Yeddi yaşlı qızı belə oğurladılar – VİDEO

23:20 01-01-2020 457

Naməlum qadın yeddi yaşlı qızın əlindən tutaraq sakitcə nəsə deyir və bilinməyən istiqamətə aparır. Hadisənin görüntüləri uşağın yaşadığı binanın müşahidə kamerası tərəfindən qeydə alınıb.

Bu barədə REN TV xəbər verib.

Bildirilir ki, hadisə Yeni il gecəsi Rusiyanın paytaxtı Moskvada baş verib.

Maraqlıdır ki, uşaq bayram tədbirindən sonra valideynləri yatarkən oğurlanıb.

Hadisə ilə bağlı araşdırma başlanılıb.